Yeniliklər

Su, torpaq, hava nümunələrində üzvi çirkləndiricilərin kimyəvi analizi ilə bağlı təlim keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Texniki Yardım və İnformasiya Mübadiləsinin (TAIEX) təşkilatçılığı ilə Azelab MMC-də qaz xromatoqrafiyası - kütlə spektrometriyası (GC-MS-MS) cihazı ilə bağlı təlim keçirilib. 

Təlim Yunanıstandan dəvət edilmiş Afina Universitetinin ətraf mühitin təhlili və analitik kimya professoru Evangelos Bakeas və Benaki Fitopatologiya İnstitutunun pestisidlərə kimyəvi nəzarət laboratoriyasının baş mütəxəssisi Eleni Karasali tərəfindən aparılıb. Təlim zamanı, ISO standartlarına uyğun olaraq nümunələrin hazırlanması, nümunələrdə politsiklik aromatik karbohidrogenlərin (PAH), pestisidlərin və uçucu üzvi birləşmələrin analizi, cihazın iş prinsipi ilə bağlı nəzəri və praktiki məlumatlar verilib.