Yeniliklər

“AzeLab” MMC-də laboratoriya-təcrübə proqramı çərçivəsində təlimlər davam edir.


“Azelab” MMC-nin mütəxəssisləri tərəfindən Bakı Neft-Energetika kollecinin tələbələrinə bentos nümunələri üzərində hidrobioloji analiz ilə bağlı təlim həyata keçirilib.

İlkin olaraq, bentos nümunələrinin içərisindəki makroorqanizmlər seçilib və seçilmiş makrorooqanizmlərin növünü təyin etmək üçün işıq mikroskopunda baxılıb.

Növün adını müəyyənləşdirdikdən sonra isə sayı təyin edilib və elektron tərəzidən istifadə edilərək biokütləsi tapılıb.