Yeniliklər

Xəzər dənizində bioloji, kimyəvi və hidromorfoloji parametrlərin monitorinqi həyata keçirilib

25 oktyabr - 1 noyabr tarixlərində Xorvatiyadan olan mütəxəssis Dr. Grozdan Kušpilić və “Azelab” MMC-nin mütəxəssislərinin birgə iştirakı ilə Xəzər dənizinin ekoloji vəziyyətini müəyyən etmək üçün bioloji, kimyəvi və hidromorfoloji parametrlərin monitorinqi həyata keçirilib, nümunələr toplanılıb və laboratoriyamıza təhvil verilib. Tədqiqatdan olan bəzi şəkilləri sizlərlə paylaşırıq.

Qeyd edək ki, monitorinqlər Avropa Birliyi Üzv Dövlətləri Agentliklərinin maliyyə dəstəyi ilə “EU4Environment" və "Şərq tərəfdaşlığı - Su təşəbbüsü plyus” proqramları çərçivəsində həyata keçirilib.
2022-11-15 14:59