Yeniliklər

“Azelab” MMC -də Azərbaycan Tibb Universitetinin tələbələrinə təlimlər keçirilib.

“Azelab” MMC -də Azərbaycan Tibb Universitetinin tələbələrinə təlimlər keçirilib.

“Azelab” MMC -nin mütəxəssisləri tərəfindən Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin Ill kurs tələbələrinə təlim keçirilib. Tələbələr ilk növbədə laboratoriya sahəsində biliklərin artırılması, real iş mühitində su və torpaq nümunələrinin tərkibinin təyin olunması, spektrometrik və titrimetrik analiz metodları ilə tanış olublar. Daha sonra ilkin analizlərin aparılmasında iştirak edərək bu barədə ətraflı məlumat əldə ediblər. Laboratoriya şəaiti tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran suallar xidmətin əməkdaşları tərəfindən cavablandırılıb.
2024-05-29 18:06