HAQQIMIZDA

"AzeLab" Məhdud Məsuliyyətli Cəmiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Laboratoriya Mərkəzinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyasının və Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar laboratoriyasının bazasında 2020-ci ildə təsis edilmişdir.

«AzeLab» MMC hazırda Milli Hidrometeorologiya Xidməti, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Milli Geoloji Kəşfiyyat Xidmətinin dövlət sifarişinə əsasən ətraf mühit komponentlərinin keyfiyyəti üzrə analizləri həyata keçirir. Analizləri Respublikanın аtmоsfеr hаvаsından, о cümlədən аtmоsfеr yаğıntılаrındаn (leysan, yаğış, dayanıqlı qar), səth sulаrındаn (çаylаr, su аnbаrlаrı və göllər), tоrpаqlardаn, dib çöküntülərindən, Xəzər dənizinin (gölünün) sahil zolağından götürülmüş nümunələr üzərində aparırıq. Həmçinin, süxur, mineral, yeraltı suların (şirin, texniki, termal və mineral) üzərində əyar, kimyəvi, silikat, spektral, mineraloji, fiziki-mexaniki xüsusiyyətlərin öyrənilməsi istiqamətində analizlər edirik.

«AzeLab» MMC-nin Neftçala rayonunda müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyası fəaliyyət göstərir. Laboratoriya Kür çayının mənsəbinə nəzarət məqsədilə su analizlərini həyata keçirir.