DƏQİQ, KEYFİYYƏTLİ VƏ SÜRƏTLİ

"AzeLab" MMC Azərbaycanda su, hava, torpaq və süxurların analizi
sahələrində ISO 17025 beynəlxalq standartına uyğun yüksək keyfiyyətli diaqnostika xidmətləri göstərən müasir laboratoriyadır.

YERÜSTÜ VƏ YERALTI SULARIN ANALİZİ

ATMOSFER YAĞINTILARI VƏ ÇÖKÜNTÜLƏRİNİN ANALİZİ

TORPAQ VƏ DİB ÇÖKÜNTÜLƏRİNİN ANALİZİ

SÜXURLARIN LİTOKİMYƏVİ, SPEKTRAL, VƏ ƏYAR ANALİZİ

FƏALİYYƏT İSTİQAMƏTLƏRİMİZ
  • Atmosfer havası, yeraltı və yerüstü sular, torpaqlar üzrə götürülmüş nümunələrdə fiziki, kimyəvi, bioloji analizləri aparmaq, habelə ətraf mühitin radiasiya fonunu ölçmək;
  • Xəzər dənizinin sahil zolağından götürülmüş nümunələrin analizini aparmaq;
  • Respublikanın transsərhəd çaylarının çirklənməsinə nəzarət məqsədilə analizləri aparmaq;
  • Axarlarda çirkləndiricilərin yayılması üzrə götürülmüş nümunələr üzərində kimyəvi, bioloji, ekotoksikoloji təhlilləri həyata keçirmək;
  • Süxur, mineral üzərində kimyəvi, silikat, spektral, mineroloji analizlərin aparılması; süxur və filizlərdə faydalı komponentlərin kəmiyyət göstəricilərinin dəqiq miqdarını, mineralon, petroqrafik, litoloji və dənəvər tərkibini, süxurların fiziki-mexaniki və mühəndis-geoloji xüsusiyyətini təyin etmək;
  • Süxurların tərkibində nəcib metalların (qızıl və gümüş) miqdarını müəyyən etmək və süxurların fiziki mexaniki xüsusiyyətlərini öyrənmək.
YENİLİKLƏR
    STATİSTİKA
    BİZİM İŞ FƏALİYYƏTİMİZ
    120 000

    İL ƏRZİNDƏ ANALİZLƏRİN TƏXMİNİ SAYI
    50+

    TƏRƏFDAŞ
    46

    NƏFƏRDƏN İBARƏT PEŞƏKAR KOMANDA
    BEYNƏLXALQ LAYİHƏLƏR
    • «Şərq Tərəfdaşlığı Ölkələri üzrə Avropa İttifaqının Su Təşəbbüsü Plyus (AİST+)» layihəsi
    • «Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin təkmilləşdirilməsi» tvininq layihəsi
    • «Kür II: Transsərhəd razılaşdırılmış fəaliyyətlər və milli planların həyata keçirilməsi yolu ilə Kür çayı hövzəsində su ehtiyatlarının inteqrasiyalı idarə olunmasının gücləndirilməsi» layihəsi
    TƏRƏFDAŞLARIMIZ