Xəzər dənizinin Azərbaycan sektorunda “Əlif Hacıyev” Elmi-Tədqiqat Gəmisi ilə keçirilən kompleks ekoloji monitorinqlər
“Əlif Hacıyev” Elmi-Tədqiqat Gəmisi (ETG) keçmiş SSRİ-nin Hidrometeorologiya Komitəsinin sifarişi ilə 1987-ci ildə Finlandiyanın Turku şəhərində istehsal olunaraq Azərbaycana gətirilmişdir. Hidrometeoroloji, hidroloji və okeanoloji tədqiqatlarının aparılması üçün təchiz olunan gəmi Xəzər dənizinin ekoloji vəziyyətinin elmi əsaslarla öyrənilməsində mühüm rol oynamışdır. Belə ki, gəmidən 1991-ci ilədək Xəzəryanı dövlətlərin əməkdaşları ilə birgə dənizin kəmiyyət və keyfiyyət göstəricilərinin, eləcə də onun biomüxtəlifliyinin öyrənilməsində, 1994-ci ildə “Əsrin Müqaviləsi” bağlandıqdan sonra isə həm də karbohidrogen istismar olunan platforma və özüllər ətrafında keçirilən kompleks monitorinqlərdə istifadə edilmişdir. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra “Əlif Hacıyev” ETG nazirliyin balansına verilmiş və həmin dövrdən gəmi vasitəsilə Xəzər dənizində neft-qazçıxarma platformaları ilə yanaşı, Xəzərin Azərbaycan sektorunda elmi-tədqiqat işləri həyata keçirilmişdir.
“Əlif Hacıyev” ETG 2019-2020-ci illərdə əsaslı təmir olunduqdan sonra Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yenidən tədqiqat işlərinə başlanmışdır.
"AzeLab" MMC Azərbaycanda su, hava, torpaq və süxurların analizi sahələrində ISO 17025 beynəlxalq standartına uyğun yüksək keyfiyyətli diaqnostika xidmətləri göstərən müasir laboratoriyadır.